Əsas məzmuna keçin
Əli Hüseyni
Müəllif

Fəlsəfəni dərin suallar üzərində düşünmək və intellektual zövq almaq üçün öyrənir. O, fəlsəfə sahəsində oxuduqlarını sosial platformalarda paylaşır və bu mövzuda müzakirələr aparmağı sevir.

Bütün müəllifləri göstər

Maltus Nəzəriyyəsi

· Oxuma müddəti: 2 dəqiqə

İqtisadiyyatda bəzi nəzəriyyələr uzun illər, hətta əsrlər boyu sarsılmaz həqiqət kimi qəbul olunub. Neoklassik iqtisadiyyat insanı rasional qərarlar verən və maksimum fayda əldə etməyə çalışan bir varlıq kimi təsvir edir. Davamlı iqtisadi artım nəzəriyyəsi isə sanki sonsuz artımın mümkün olduğunu iddia edir. Halbuki resurslar məhduddur. İnsanlar həmişə rasional davranmır. Ətraf mühit isə sonsuz yüklənməyə tab gətirə bilmir.

Təklif və Tələb

· Oxuma müddəti: 3 dəqiqə

İqtisadiyyatın təməli və insan münasibətlərinin ən dərin qatlarında təklif və tələb qanunu dayanır. Təklif və tələb bir araya gələndə bazarda nəyin qiymətinin artacağını və ya azalacağını, kimlərin qazanc əldə edəcəyini, kimlərin isə itirəcəyini müəyyənləşdirir.

Görünməz Əl (Invisible Hand)

· Oxuma müddəti: 2 dəqiqə
Əli Hüseyni
Müəllif

Hər kəs öz mənfəətini güdür və bununla da, cəmiyyətin rifahı artır. Görünməz əl metaforu, əslində, bazar iqtisadiyyatında təklif və tələbi sadə şəkildə izah edir. İnsanlar öz mənfəətləri üçün işləyir və ümumi rifaha töhfə verirlər. Məsələn,

Deontoloji Etikanın Mahiyyəti və Əsas Prinsipləri

· Oxuma müddəti: 2 dəqiqə
Əli Hüseyni
Müəllif

Deontoloji etika fəlsəfədə insanın vəzifəsi ilə əxlaqi davranışları arasındakı əlaqəyə xüsusi önəm verən etik nəzəriyyələr toplusudur. “Deontologiya” termini yunanca “deon” (vəzifə, borc) və “logos” (elm, nəzəriyyə) sözlərindən yaranmışdır. Bu nəzəriyyəyə görə, hərəkətin əxlaqi dəyəri onun nəticələrindən deyil, öz mahiyyətindən asılıdır. Deontoloji etika hesab edir ki, bəzi əməllər insan rifahına təsirindən asılı olmayaraq əxlaqi cəhətdən vacibdir.

Nikomax Etikası

· Oxuma müddəti: 13 dəqiqə

Aristotel – Nikomax etikası

Aristotel praktik bir insan idi. Aristotel Platonun tələbəsi olduğu halda, onun idealizmindən fərqli olaraq, daha praktik və dünya ilə əlaqəli bir yanaşma sərgiləyirdi. Platon həqiqətin “Formlar aləmi” adlandırdığı bizim gündəlik həyatımızdan müstəqil olan bir dünyada olduğunu iddia edirdi.