Maltus Nəzəriyyəsi
İqtisadiyyatda bəzi nəzəriyyələr uzun illər, hətta əsrlər boyu sarsılmaz həqiqət kimi qəbul olunub. Neoklassik iqtisadiyyat insanı rasional qərarlar verən və maksimum fayda əldə etməyə çalışan bir varlıq kimi təsvir edir. Davamlı iqtisadi artım nəzəriyyəsi isə sanki sonsuz artımın mümkün olduğunu iddia edir. Halbuki resurslar məhduddur. İnsanlar həmişə rasional davranmır. Ətraf mühit isə sonsuz yüklənməyə tab gətirə bilmir.